Dəniz Baykala kaset sui-qəsdi quran polis zabitinə 26 il 9 ay iş kəsildi

11:08 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsində çalışarkən bir çox insanın qanunsuz dinlənməsi və qətlə yetirilməsində iştirak edən, CXP-nin keçmiş sədri Dəniz Baykala qarşı kaset planı quran komissar Abdül Köksal haqqında açılan cinayət işi üzrə hökm oxunub.

Hafta.az-ın yazdığına görə, məhkəmə Köksalı silahlı terror təşkilatına üzv olmaq, şəxsi məlumatları qanunsuz əldə etmək, şəxsi həyatıı və sirləri ifşa etməkdə ittiham edərək 26 il 9 ay müddətinə həbs cəzasına məhkum edib.

“Sözcü”nün xəbərinə görə, Köksalın ölkənin kəşfiyyat fəaliyyətləri çərçivəsində səlahiyyətli orqanlar tərəfindən verilən təsir və gücdən qanunsuz olaraq İstanbul, Ankara, İzmir, Adana, Şanlıurfa, Sakarya, Ədirnə və Kırklarelidə istifadə etdiyi müəyyən edilib.

Məhkəmə həmçinin bildirib ki, müttəhim Ankarada xidmətdə olarkən onun CHP-nin keçmiş sədri Dəniz Baykal və bəzi siyasətçilərin şəxsi həyatına dair məlumatları və görüntüləri kaset sui-qəsdi ilə internetə sızdırılıb, onların şəxsi hüquqlarını pozaraq qanunsuz dinləmələr edilib.

Məhkəmə eyni zamanda, müttəhimin Ankarada vəzifədə olarkən CXP-nin sabiq sədri Dəniz Baykal və bəzi siyasilərə qarşı kaset təxribatı hazırlamasıyla, bəzi görüntülərin internetə sızdırılaraq şəxsi həyatlarının gizliliyini pozduğunu və qanunsuz dinləmə etdiyini da bildirib.

Köksalın Yenimahallə ərazisində təqaüddə olan general Hurşit Tolonla yaxın münasibəti olan G.B adlı qadının da evinə gizli girərək “böcək” yerləşdirdiyini bildirən məhkəmə qeyd edib ki, müttəhim Dəniz Baykala kaset sui-qəsdi ilə gündəmə gələn Nəsrin Baytok və həyat yoldaşı Can Baytokun da Çankaya Çukurambardakı evinin açarının üzünü çıxardaraq gizlicə evə daxil olub və oradakı elektrik cihazlarının içinə gizli kamera yerləşdirib.

Siyasət rubrikasından digər xəbərlər