Dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb

13:50 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

28.07.2019-cu il tarixində Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.