Dənizə düşən şəxs xilas edildi 

12:04 25.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, dənizdə, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.