Deputat pulsuzluqdan şikayətləndi - "AÇIĞINI DEYİM Kİ..."

17:58 24.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Öncə onu deyim ki, bir deputat kimi özümdən narazıyam... İstəmirəm, bunu yalnız pandemiyanın üzərinə atam. Açığını deyim ki, müəyyən qədər maddi imkansızlıq da var ki, bu vəziyyət də seçicilərlə müəyyən  təmasları məhdudlaşdırır. 

Bu fikirləri hafta.az-a millət vəkili Tahir Kərimli deyib. 

Onun sözlərinə görə, düzdür, hazırda pandemiyaya görə secilərlə kütləvi şəkildə görüşlər təklif etmək də mümkün deyil:

"Amma bəzən bu kimi problemləri insanlara anlada bilmirik. Məsələn, 44 günlük savaş dövründə və sonra biz deputatlara şəhid ailələri ilə görüşlərə icazə verilmirdi... Hətta özüm gizli şəkildə İsmayıllıda bir neçə şəhidin dəfnində iştirak etdim. Lakin açığını deyim ki, bu, müvafiq qurumlar tərəfindən narazılıqla qarşılanmışdı...

II Qarabağ savaşı şəhidlərinin ildönümlərinə az qalıb. Hesab edirik ki, inşallah, bütün deputatlar şəhidlərimizin il mərasimlərində iştirak edə biləcək və onların ailələrinə ən azı mənəvi dayaq olacaqlar..."

Oxunma sayı 1110