Yaponiyanın Məşvərət Şurasında fəaliyyət göstərən “Nippon Isin no Kai” (JIP) partiyasının üzvü Muneo Suzuki ötən həftə Rusiyaya elan olunmamış səfərindən sonra partiyasından xaric edilib. Bildirilib ki, Suzuki səfəri çərçivəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Hafta.az-ın yazdığına görə, JIP-in Etika Komitəsi Muneonun "intizamsız davranış" sərgilədiyi üçün partiyadan xaric edilməsini tövsiyə edib. Bu təklif JIP Rəyasət Heyəti tərəfindən bəyənilib və Muneo rəsmən partiyadan xaric edilib.
Qərarda bildirilir ki, Muneonun partiyaya əvvəlcədən xəbərdarlıq etmədən xaricə səfəri və verdiyi "mübahisəli açıqlamalar" onun ixracına təsirli olub. Səfərlə bağlı Rusiya mətbuatında dərc olunan görüntülərdə Muneonun “Ukraynaya qarşı hücumlarda Rusiyanın qalib gələcəyinə yüz faiz əmin olduğunu” ifadə etdiyi bildirilib.
75 yaşlı Muneo Suzukinin Moskvaya səfəri 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna böhranından sonra Yaponiyadan olan millət vəkilinin Rusiyaya ilk səfəri kimi qeydə alınıb.