Deputat Sumqayıtdakı  ekoloji problemlərdən danışdı...

13:14 31.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 “Sumqayıt şəhəri son müddət ərzində böyük inkişaf yolu keçib. Dövlət başçısının Sumqayıta diqqəti sayəsində bu bölgə daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, müəyən problemlər hələ də qalır”.

Hafta.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Deputat söyləyib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur:

“Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı nazarılığına səbəb olur. Bu baxımdan düşünürəm ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər”.

Oxunma sayı 291
Sosial rubrikasından digər xəbərlər