“Dialoq, əməkdaşlıq, tolerantlıq və hörməti təşviq etmək üçün mediadan istifadəni xalqlar üçün rifahın təmin edilməsi yolu kimi görmək vacibdir. Dəyərlərə hörmət etmək öhdəliyini və cəmiyyətin onlara sayğı göstərməsi zəruridir”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Səudiyyə Ərəbistanının yeni təyin olunmuş İnformasiya naziri Salman Dusari deyib. Cənab Dusari Küveytin ev sahibliyində keçirilən Ərəb İnformasiya Nazirləri Şurasının İcraiyyə Ofisi iclaslarının 16-cı sessiyasında çıxışında bildirib ki, bəzi beynəlxalq media platformaları tərəfindən dərc edilən məzmunla mübarizə üçün vahid ərəb mövqeyi ortaya qoyulmalıdır.
“İslam prinsiplərinə zidd olan və ərəb cəmiyyətlərinin dəyərlərinə və əxlaqına hörmət etməyən bəzi beynəlxalq media subyektlərinin yayımladığı materiallarla mübarizə aparmaq üçün vahid ərəb mövqeyini yaratmaq, bu platformaların yayım nəzarətinə nə dərəcədə əməl etməsinin monitorinqi və pozuntular aşkar edilərsə, tədbir görülməsi üçün birgə icra mexanizminin işlənib hazırlanması lazımdır”, - səudiyyəli nazir deyib.
Küveytdə keçirilən görüş ərəb mediasının birgə işini inkişaf etdirmək səylərinin davamıdır. Müxtəlif sahələrdə media sektorunun şahidi olduğu görünməmiş inkişaflarla ərəb ölkələrinin üzləşdiyi ən mühüm media problemləri müzakirə edilib. Dusari Səudiyyə Ərəbistanı İnformasiya Nazirliyinin media sektorunda öz məqsədlərinə çatmaq üçün liderlərə və ictimaiyyətə dəstək olmaq öhdəliyini qeyd edib.