Digər regionlarda da azad iqtisadi zonalar yarada bilər - Ekspert

18:28 05.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycan tək Ələtdə deyil, digər regionlarda da bu cür azad iqtisadi zonalar yarada bilər:

“Azad iqtisadi zonanı yaratmaq üçün müəyyən potensial olmalıdır. Bu layihəni həyata keçirən ölkə investisiya axınını gücləndirməlidir. Azad iqtisadi zonaların yaradılması Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biridir. Bu cür layihələrin Azərbaycan üçün xeyri ondan ibarətdir ki, investisiya axını təmin olunacaq. Azad iqtisadi zonada əsas şərtlərdən biri də vergi amilini tənzimləməkdir. Yəni müəyyən mənada vergilərin ləğv olunması deməkdir. Burada əsas məqsədlərdən biri də keyfiyyətli məhsul istehsal edib dünya bazarına ixrac etməkdir. Ölkəmiz üçün bu cür layihələrin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Bizim əsas məqsədlərimizdən biri qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bunu da yalnız neft sektoru ilə deyil, qeyri-neft sektoru ilə də həyata keçirməliyik. Biz digər sahələrə önəm verdikcə iqtisadiyyatımız daha da inkişaf edəcək”.

 

Oxunma sayı 597