DİN karantin qaydalarına riayət etməklə bağlı vətəndaşlara çağırış edib

11:59 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Qaydalar qüvvədə saxlanılır”.

Hafta.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq.

“Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Hacıyev dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.