DİN məktəblinin qaçırılma cəhdini nəzarətə götürdü

09:51 25.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Bakıda məktəblinin qaçırılma cəhdilə bağlı məlumat açıqlayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddalar nəzarətə götürülüb:

 

“Bütün zəruri tədbirlər icra olunur. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.