DİN metrodakı baltalı şəxslə bağlı araşdırma başlatdı - VİDEO

14:18 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda lentə alınmış görüntülər sosial şəbəkələrdə rezonans doğurub. Belə ki, videosu yayılan şəxs əlində balta olduğunu deyərək, cinsi azlıqları ölümlə hədələyib.

“Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm, adam deyiləm” - deyə kimliyi məlum olmayan şəxs videoda söyləyib.

Hafta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında sözügedən videodan xəbərdar olduqlarını bildirib. DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.

Həmin videonu təqdim edirik:

 

Oxunma sayı 309