DİN sürücülərə müraciət edi

17:18 22.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş olunur.

Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur.