Din xadimləri test imtahanı verəcəklər

12:24 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Din xadimləri gələcəkdə test imtahanından keçirilə bilər. 

Hafta.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O qeyd edib ki, bu proses mərhələli şəkildə, zamanla həllini tapacaq:

“Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bu, mərhələli şəkildə həyata keçiriləcək. Bununla bağlı attestasiya nəzərdə tutulub. Mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar”.

Oxunma sayı 149