Yazını böyüt
Yazını kiçilt
Doğma torpaqlarımıza qayıtdığımız üçün çox sevinirik. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!
Bunu AZƏRTAC-a müsahibəsində Zəngilan rayonunun Ağalı kəndinin sakini Kifayət Səlimova söyləyib.
“Torpaqlarımız üçün çox darıxırdıq. Nəhayət, otuz ildən sonra öz torpaqlarımıza geri qayıdırıq. Doğma yurduma geri döndüyümüz üçün çox sevinirəm”, - deyə kənd sakini qeyd edib.