Donald Tramp Kamala Harrislə teledebata razılıq verib

14:43 03.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqib partiyanın namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrislə debat keçirmək üçün “Fox News” kanalı ilə razılaşıb.

Debat sentyabrın 4-nə nəzərdə tutulub.

"Mən “Fox News” ilə sentyabrın 4-də Kamala Harrislə debat üçün razılaşdım", - deyə Tramp bildirib.

Görüş Pensilvaniya ştatında baş tutacağı məlum olsa da, dəqiq saat müəyyənləşdirilməyib.