Dövlət ehtiyatları ilə bağlı qanun layihəsi hazırlandı

13:13 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb və müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin birgə iclasında çıxışı zaman deyib.

O qeyd edib ki, Konsepsiya hazırlanan zaman beynəlxalq təcrübədən istifadə edilib.

 

Onun sözlərinə görə, Konsepsiyaya əsasən, dövlət ehtiyatları üç istiqamətli olacaq və bunlar strateji ehtiyatlar, fövqəladə ehtiyatları və səfərbərlik ehtiyatlarıdır.