Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş olub

15:12 19.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın tərkibi formalaşdıqdan və şura sədri müəyyən olunduqdan sonra qurum üzvləri ilə DGK rəhbərliyi arasında görüş keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, görüşdə şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyətinin gömrük orqanlarının əsas strateji hədəflərindən olduğu və bu istiqamətdə fəaliyyətin təşkili prosesində ictimai iştirakçılığa, vətəndaş cəmiyyəti, QHT-lərlə əməkdaşlığa xüsusi önəm verildiyi qeyd edilib. Həmçinin gömrük sisteminin davamlı inkişafı istiqamətində ictimai nəzarətin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu sahədə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın ümumi işə mühüm fayda verəcəyi diqqətə çatdırılıb və qarşılıqlı fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.