DTX-dan ABŞ-ın ölkəmizlə bağlı çağırışına cavab

13:41 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-ın Dövlət Səyahət Departamentinin öz vətəndaşlarına ölkəmizlə bağlı çağırışına cavab verib.

 

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-ın bildirilib ki, məsələ araşdırılır:

 

“Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

 

Qeyd edək ki, ABŞ-ın Dövlət Səyahət Departamenti Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb. 

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb. 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.