Dünən 143 nəfər şənliyə buraxılmayıb

10:48 04.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 126 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən hafta.az-a verilən xəbərə görə, monitorinq 123 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.