Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

17:27 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daha 14 tibb və 2 sosial xidmət müəssisəsinin yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

Hafta.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

"Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb", - deyə agentliyin Mətbuat xidmətindən bildirilib.

Məhəmməd Xiyabani küçəsi, 39 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);

Məsud Davudoğlu küçəsi, 20 nömrəli uşaq poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);

Müzəffər Həsənov küçəsi, 1 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);

Abbas Səhhət küçəsi, Travmatologiya və Ortopediya İnstitutunun yanı (minib-düşmə yeri və taksi duracağı);

Üzeyir Hacıbəyli küçəsi, Respublika Endokrinoloji Mərkəzin yanı (minib-düşmə yeri və taksi duracağı);

Binəqədi şosesinin köməkçi yolu, Binəqədi Tibb Mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı);

Zaur Nudirəliyev küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri və taksi duracağı);

Süleyman Rəhimov küçəsi, Dəmiryol Vağzalının qarşısı (minib-düşmə yeri);

Cavadxan küçəsi, 20 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri);

Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının yanı (minib-düşmə yeri);

Ceyhun Səlimov küçəsi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının yanı (minib-düşmə yeri);

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, “İstanbul NS” Klinikasının yanı (minib-düşmə yeri);

Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsi, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının yanı (minib-düşmə yeri);

Fətəli xan Xoyski küçəsi, 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanı (avtobus zolağında minib-düşmə yeri);

Tbilisi prospekti, Respublika Diaqnostika Mərkəzinin yanı (avtobus zolağında minib-düşmə yeri);

Qafur Murad küçəsi (minib-düşmə yeri) və Ziya Bünyadov prospekti (avtobus zolağında minib-düşmə yeri) Daxili İşlər Nazirliyinin Hospitalının yanı.