Dünya Bankı Ukraynaya 11 milyard dollar verib

10:38 29.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar verib.

Hafta.az-ın məlumatına görə, bu barədə bankın rəhbəri Devid Malpass müvafiq açıqlama verib.

Onun sözlərinə görə, pul Kiyevə kredit təşkilatının və onun məqsədli fondlarının müxtəlif layihələri vasitəsilə verilib.

Bildirilib ki, indiyə qədər Ukraynaya 13 milyard dollar yardım ayrılıb.