Yazını böyüt
Yazını kiçilt
Dünya Bankı Ukraynaya hərbi əməliyyatlar nəticəsində çəkdiyi xərcləri ödəmək üçün əlavə 500 milyon dollar göndərib.
Hafta.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
Sentyabrın 30-da elan edilən maliyyə yardımı Böyük Britaniyanın zəmanəti ilə verilib. Eyni zamanda, ilkin olaraq bu, təxminən 530 milyon dollar idi, agentlik qeyd edir.
Bundan əvvəl bank artıq Ukraynaya 11 milyard dollar ayırıb.Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, bu 11 milyard dollar təşkilatın layihələri və trast fondları vasitəsilə Ukraynaya ayrılıb.
Eyni zamanda Ukraynanın özündə də iqtisadiyyatın işləməsi üçün hər ay 5-6 milyard dollara ehtiyacdan danışırlar.