Dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb

10:26 19.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyununun hakim təyinatları bəlli olub.

Hafta.az xəbər verir ki, A qrupunun Qətər - Ekvador matçını italiyalı Danielr Orsato idarə edəcək.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matç 80 min azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək.

Oxunma sayı 2128