Dünya çempionu vaxtından əvvəl final turnirinin qalibi oldu

14:42 20.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Champions Chess Tour” seriyasının final turnirinin qalibi məlum olub.

Hafta.az xəbər verir ki, dünya çempionu, norveçli Maqnus Karlsen vaxtından əvvəl - altıncı raundda hindistanlı Rameşbabu Praqnanandhuya 2,5:0,5 hesabı ilə qalib gəlib.

O, 17 xal toplayıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Altıncı tura qədər bu, polyak Yan-Kşiştof Duda idi. Amma Duda amerikalı Uesli Soya uduzaraq 10 xalla üçüncü yerə enib. İkinci yerdə So qərarlaşıb (12 xal).

Bazar günü keçiriləcək final mərhələsində Karlsen Duda, So isə niderlandlı Aniş Giri ilə qarşılaşacaq.

Oxunma sayı 2023