Yazını böyüt
Yazını kiçilt
Bu gün Astanada 2023-cü il şahmat üzrə dünya çempionu adı uğrunda mübarizəyə yekun vurulub.
Hafta.az xəbər verir ki, Dinq Liren (Çin) tac uğrunda mübarizədə Yan Nepomyaşidən (Rusiya) üstün olub.
Titulun taleyi tay-brekdə müəyyənləşib. Rəqiblər daha əvvəl klassik vaxta nəzarətlə 14 oyun keçirsələr də, qalibi müəyyənləşdirə bilməmişdilər. 17-ci dünya çempionu rəqibindən daha sürətli oynayan və blitsdən daha yaxşı oynayan şahmatçı olub. Tay-brekdə rəqibi üstələməyi bacaran Liren dünya şahmat tacının yeni sahibi adına yiyələnib.
Beləliklə, Dinq Liren şahmat tarixinin 17-ci dünya çempionu olub.