Dünyada koronavirusa yoluxmanın son statistikası

10:37 21.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada son sutka ərzində 638 247 nəfər koronavirusa yoluxub, 13 247 nəfər ölüb.

 

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 164 523 894 yoluxma hadisəsi, 3 412 032 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (298 324) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (189 463) ilə Avropa (92 307) bölüşür.