Dünyanın ən bahalı çay növləri: kilosu 1 milyon dollar

09:10 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dünən Dünya Çay Günü qeyd olundu. Təbii ki, belə bir qeydetmə sudan sonra ən çox istehlak edilən çayın çox böyük dəyər daşıdığını göstərir.

Hafta.az-ın yazdığına görə, amma dünya ölkələrinin hamısında çaya tələbat eyni səviyyədə deyil. Odur ki, aşağıdakı hesabatda dünyanın ən bahalı çay növlərini və onların baha olmasının səbəblərini araşdırırıq.

1. Siyahının başında dünyanın ən bahalı çayı olan “Da Hong Pao” gəlir və bu çay növünün mənşəyi Çinə gedib çıxır. Bu çay dünyada ən nadir çay növlərindən biri hesab olunduğu üçün onun kiloqramının qiyməti 1,2 milyon dollara çatır.

Çindəki Vuyi dağlarında yetişdirilən bu çay, Ming sülaləsi dövründən qalan bəzi orijinal ağaclardan istehsal olunur. Bu ağaclardan əldə edilən çay yarpaqları son dərəcə qiymətlidir; çünki çayın özünəməxsus dadı var. Yarpaqlar yığılır və diqqətlə ənənəvi üsullarla işlənir.

2. İkinci yerdə “Panda Dung Tea” dünyanın ən bahalı çay növləri arasındadır. Bu çayın da mənşəyi Çinə gedib çıxır. Bu çayın kiloqramının qiyməti təxminən 70 min dollara qədər qalxa bilər. Baha başa gəlməsinə səbəb çayın panda tullantılarından əldə edilən gübrədən istifadə edilməsidir.

Pandalar yüksək qida dəyərinə və xüsusi dada malik olduğuna inanılan bambukla qidalanır. Peyin toplanması və ondan çay yetişdirmək üçün istifadə edilməsinin unikal prosesi onu dünyada ən bahalı çay növlərindən birinə çevirir.

3. Yapon mənşəli “Gyokuro” çayı dünyanın ən bahalı çay növləri arasında üçüncü yeri tutur. Bu çayın qiyməti kiloqramı 650 dollara qədər qalxa bilər. Çünki “Gikoro” çayı yığımdan əvvəl müəyyən müddət ərzində kölgədə yetişdirilir, tərkibindəki xlorofil miqdarını artırır və amin turşuları ilə zəngin olan şirin dad verir. Üstəlik, bu, mürəkkəb və bahalı emal üsulu ilə bağlıdır. Böyümə və emal prosesi çayın bahalaşmasına səbəb olur.

4. Çin mənşəli “Tianchi” çiçək çayı dünyanın ən bahalı çayları arasında dördüncü yerdədir. Bu növ çayın kiloqramı təxminən 3 min dollara çatır. Çay Çinin ucqar dağlıq bölgələrində yetişdirilən çiçəklərdən yığılır, mürəkkəb və məhdud toplama prosesi bu çayı nadir və qiymətli edir.

5. Siyahıda beşinci yeri “Phoenix Dancong” çayı tutur ki, bu da Çin mənşəli çaydır. Bu çayın qiyməti kiloqramı 1000 dollara çata bilər. Bu çayın meyvəli dad xüsusiyyətlərinə malik olması, qədim çay ağaclarından toplanaraq emal edilməsi, ənənəvi və bədii becərilməsi və emal prosesi onun baha olmasına səbəb olur.

Oxunma sayı 226