Dünyanın ən çirkli şəhərləri: Pakistan, Hindistan və Çin şəhərləri siyahıya başçılıq edirlər

13:50 10.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrədə yerləşən hava çirkliliyinə qarşı texnologiya həlli şirkəti olan IQAir, dünya şəhərlərinin hava keyfiyyəti və çirklənməsi ilə bağlı 2022-ci il hesabatını paylaşıb.

Hafta.az-ın yazdığına görə, 93 şəhərin adı çəkilən siyahıda ekoloji göstəricilərin ifrat pis olduğu ilk onluğu əsasən Asiya şəhərləri doldurub. Maraqlıdır ki, indiyədək dünyanın ən çirkli şəhərlərindən hesab edilən Tokio, Mexiko, Nyu York və ya istənilən Avropa şəhəri ilk onluqda yer almayıb.

Ən maraqlısı odur ki, ilk 10-luqda Pakistan, Hindistan və Çinin hər birindən iki şəhər yer alıb.

Çirkli şəhərlərin siyahısına dünyada ən ağır ekoloji vəziyyətin hökm sürdüyü deyilən Pakistanın Laxor şəhəri başçılıq edir. İkinci yerdə Hindistanın tarixən iqtisadi-mədəniyyət paytaxtı sayılan Munbay qərarlaşıb. İlk üçlüyü Çinin Şenyan şəhəri tamamlayır. Hindistanın paytaxtı Dehli şəhəri dördüncü, çinin paytaxtı Pekin şəhəri isə beşinci pillədə yerini tutub. 

Pakistanın ən böyük şəhəri olan Kəraçi siyahıda altıncı, Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri yeddinci, Cənubi Koreyanın paytaxtı Seul səkkizinci, Vyetnamın paytaxtı Hanoy şəhəri doqquzuncu olduğu çirkli şəhərlərin siyahısını Slovakiyanın paytaxtı Bratislava şəhəri 10-cu pillədə tamamlayıb.