Dünyanın ən güclü hərbi hava qüvvələrinə sahib ölkələrin siyahısı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, "Global Firepower 2022"nin hesabatına əsasən dövlətlərin ixtiyarında olan təyyarələr, helikopterlər və sair nəzərə alınıb.
Siyahıya təbii ki, ABŞ Hərbi Hava Qüvvələri başçılıq edir - 13247 hava döyüş vasitəsi var. İkinci yerdə Rusiya (4173 hava döyüş vasitəsi), üçüncü pillədə isə Çin (3285 hava döyüş vasitəsi) qərarlaşıb. Siyahıda sonrakı yerləri Hindistan (2182 hava döyüş vasitəsi), Cənubi Koreya (1595 hava döyüş vasitəsi), Yaponiya (1449 hava döyüş vasitəsi), Pakistan (1387 hava döyüş vasitəsi), Misir (1062 hava döyüş vasitəsi) tutur. İlk onluğu doqquzuncu pillədə qardaş ölkə Türkiyə (1057 hava döyüş vasitəsi) və onuncu pillədə Fransa (1055 hava döyüş vasitəsi) doldurur.
Şimali Koreya 11-ci (946 hava döyüş vasitəsi), Səudiyyə Ərəbistanı 12-ci (897 hava döyüş vasitəsi), İtaliya 13-cü (862 hava döyüş vasitəsi), Tayvan 14-cü (741 hava döyüş vasitəsi), Böyük Britaniya isə 15-ci (693 hava döyüş vasitəsi) sıradadırlar. Türkiyə ilə rəqabət aparmağa çalışan Yunanıstan 633 hava döyüş vasitəsi ilə 17-ci, Almaniya isə 617 hava döyüş vasitəsi ilə 18-ci sırada yerlərini tutublar. Dost ölkə İsrail isə 597 hava döyüş vasitəsi ilə 19-cu sıradadır. Qonşu İran isə 543 hava döyüş vasitəsi ilə 22-ci pillədə qərarlaşıb. Keçmiş sovet respublikalarından Ukrayna 318 hava döyüş vasitəsinə sahib olmaqla 33-cü, Qazaxıstan 237 hava döyüş vasitəsi ilə 42-ci, Belarus 201 hava döyüş vasitəsi ilə 47-ci, Özbəkistan 200 hava döyüş vasitəsilə 48-ci pillədə özlərinə yer tutublar.