Qlobal miqyasda vətəndaşlıq və rezidenturaya dair məsləhət xidmətləri göstərən Henley & Partners, hər rüb yenilədiyi dünyanın ən güclü pasportlarının siyahısını açıqladığı "Henley Pasport İndeksi"ni dərc edib.
Hafta.az-ın Research.com-a istinadən yazdığına görə, Yaponiya son beş ildə ilk dəfə Henley Pasport İndeksində birinci yerdən üçüncü yerə geriləyib. Sinqapur pasportu dünyanın 227 turizm nöqtəsindən 192 ölkəyə vizasız giriş imkanı ilə dünyanın ən güclü pasportuna çevrilib.
Almaniya, İtaliya və İspaniya 190 ölkəyə girişlə ikinci, Yaponiya pasport sahibləri isə Avstriya, Finlandiya, Fransa, Lüksemburq, Cənubi Koreya və İsveç kimi altı ölkənin vətəndaşlarına qoşularaq 189 ölkəyə vizasız girişlə üçüncü yerə yüksəliblər.
Hesabatda ilk 10 ölkə arasında yer alan ABŞ, 2013-2023-cü illər arasında yalnız 12 əlavə istiqamətə vizasız giriş təmin edərək, son 10 ildə Henley Pasport İndeksində xalını ən az artıran ölkə olub.
Əfqanıstan, İraq və Suriya vizasız gediş-gəlişdə cəmi 27 bal toplayaraq Henley Pasport İndeksinin sonuncu pilləsində qalıb və onları dünyanın ən zəif üç pasportu edib.
Henley & Partners-ə görə, Türkiyə səyahət edənlərin vizasız gedə biləcəyi yerlərin sayı 2006-cı ildəki 58-dən 2023-cü ildə 109-a yüksəlib və bununla da 53-cü pillədən 50-ci pilləyə qalxıb. Hazırda Türkiyə paspoertu ilə 114 ölkəyə getmək mümkündür.