Dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir - Xocalı rayonundan məcburi köçkün Prezidentə yazır

19:00 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanımız gündən-günə inkişaf edir. Bu inkişaf məhz Sizin zəhmətinizin, siyasi iradənizin sayəsində gerçəkləşir.

Mən şəhid oğluyam, atamın şəhid olmasından üç ay sonra dünyaya gəlmişəm. Atamın adını mənə qoyublar və bununla fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissi yaradır.

Siz çıxışlarınızda hər bir şəhidin və onun ailəsinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olduğunu qeyd edirsiniz. Sizin şəhid ailələri ilə görüşləriniz bu qayğının tükənməz olduğunu göstərir. Buna görə də bizim - şəhid ailələrinin yaşayışı ildən-ilə yaxşılaşır.

Biz şəhid ailələrinin problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən məmnunluq hiss duyuruq və əhatə olunduğumuz qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Behbudov Vaqif, şəhid oğlu, Xocalı rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.