Dünyanın müzakirə etdiyi “referendum” - "NƏTİCƏLƏR" AÇIQLANDI

19:50 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Ukraynadan ilhaq etdiyi ərazilərdə Rusiya Federasiyasına qatılmaqlabağlı keçirilən qondarma referendumda səsvermənin nəticələrinə görə, bütün bölgələrdə “bəli” səsləri toplanıb.

Hafta.az bildirir ki, 2015-ci ildə Ukraynadan birtərəfli qaydada müstəqilliklərini elan edən Donetsk və Luqanskdan başqa, Rusiyanın 24 fevralda başlatdığı hücumlardan sonra Rusiya ordusunun nəzarətində olan Zaporojya və Xerson vilayətlərinin əhalisi də qondarma seçkidə səs verib. Exit-poll nəticələrinə görə, Zaporojyada səslərin 47 faizi hesablanarkən, Rusiyada iştiraka səs verənlərin 97,74 faizi “hə”, 1,43 faizi isə “yox” deyib. Donetsk və Luqanskda keçirilən referendumda, exit-poll nəticələrinə görə, səs verənlərin 97 faizi, Xerson vilayətində isə səs verənlərin 87,42 faizi Rusiyanın iştirakını dəstəkləyib.