Duqlas Luiz İngiltərəyə geri qayıdıb

15:49 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yuventus"un futbolçusu Duqlas Luiz İngiltərəyə geri qayıdıb.

Hafta.az xəbər verir ki, braziliyalı futbolçu "Nottingem Forest"lə anlaşıb.

Duqlas 2025/2026 mövsümünü icarə əsasında Premyer Liqa klubunda keçirəcək.

27 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, karyerası ərzində "Vasko da Qama", "Mançester Siti", "Jirona", "Aston Villa" komandalarında oynayıb. trend