Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

20:28 28.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 2-də Füzuli rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.