Ədliyyə Nazirliyində iki baş idarə ləğv edilib, iki yeni baş idarə yaradılıb

16:23 28.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyinin Aparatının strukturuna Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələri daxil edilib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələri ləğv edilib. Kadrlar Baş İdarəsinin əsasında isə İnsan Resursları Baş İdarəsi yaradılıb.

Eyni zamanda Ədliyyə Nazirlyinin Kollegiyasının üzvləri sırasından Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələrinin rəisləri çıxarılıb, Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələrinin rəisləri əlavə edilib.

Oxunma sayı 2355
Gündəm rubrikasından digər xəbərlər