Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Əfqanıstandakı hadisələri ABŞ-ın müsəlmanlara qarşı növbəti fırıldaq və kələyi adlandırıb.
Hafta.az xəbər verir ki, bu haqda “Qroznıy inform” məlumat yayıb.
“Amerika müsəlmanlara qarşı növbəti bir kələyini düşünüb. Deyirdilər ki, heç vaxt oradan çıxmayacaqlar, indi isə hər kəsi ataraq qaçdılar. Təsəvvür edin, orada onillərdir insanlar ölür, orada 5 il öncə artıq 2 milyondan çox dinc sakin həlak olmuşdu. İndi də nə qədər həlak olub. Yazıq insanlara əzab verirlər. Ben Laden də, “taliblər” də ABŞ layihəsidir. Ona görə də Əfqanıstanla qonşu olan Rusiya ilə müttəfiq dövlətlər öz sərhədlərini, müdafiə potensialını möhkəmlədərək ən pis ssenariyə hazırlaşmalıdırlar” – deyə R.Kadırov vurğulayıb.
“Odur ki, bizim üçün problem deyil, əmr olsa, dövlətimiz, suverenliyimiz, xalqımızı təhdid edən istənilən gücü durduracağıq”, – deyə o, əlavə edib.
“Qardaşlarımız olan özbəklər, taciklər, qırğızlar, türkmənlər – hər kəs ayıq-sayıq olmalıdır. Əfqanıstanla həmsərhəd olanlar üçün hazırda təhlükəli vəziyyətdir. Bunu cənab amerikalılar istəyirlər” – deyə Kadırov bildirib.