Əfqanıstanda partlayış nəticəsində azı altı hərbçi həlak olub

16:05 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın şimalında yerləşən hərbi bazanın yaxınlığında avtomobilin partladılması nəticəsində təhlükəsizlik qüvvələrinin azı altı əməkdaşı həlak olub.

Hadisə yerli vaxtla gecə saat 02:00 radələrində Baqlan əyalətində baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında sülh danışıqları başlayıb.

Oxunma sayı 539