Ekspress xətt marşrutlarının fəaliyyət müddətinə Operativ Qərargah qərar verəcək - BNA -dan AÇIQLAMA

15:34 28.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Karantin rejiminin bitməsinə artıq bir həftəyə yaxın bir vaxt qalıb. Hazırda Bakı metrosu fəaliyyətini dayandırıb. Bununla əlaqədar olaraq şəhərdə ekspress avtobusları fəaliyyət göstərir. Metro istiqamətində hərəkət edən həmin avtobuslar, metro işini bərpa etdikdən sonra xəttə qalacaqlarmı?

Bu barədə hafta.az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, metronun fəaliyyətini dayandırması əlaqədar bildiyiniz kimi 7 ekspres xətt təşkil edilib:

"Hazırda bu xətlər üzrə avtobuslar saat 07:00-dan 20:00-dək sərnişinlərimizə xidmət etməkdədir. Ekspres xətlərin metronun fəaliyyətə başlamasından sonra da mövcudluğu məsələsinə Operativ Qərargah tərəfindən qərar veriləcək".