Əl-Cəzirə İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib

14:44 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qətərin “Əl-Cəzirə” televiziya kanalı jurnalisti Şirin Əbu Aklenin ölümü ilə bağlı İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) iddia qaldırıb.

“Bu gün Əl-Cəzirə Media Şəbəkəsi həmkarı Şirin Əbu Aklanın İsrailin qüvvələri tərəfindən öldürülməsini Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə göndərir”, - sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, Əl-Cəzirə-nin hüquq qrupu ətraflı araşdırma aparıb və bir sıra şahid ifadələri, çoxsaylı videomaterialların və məhkəmə-tibbi sübutların tədqiqi əsasında yeni sübutlar müəyyən edib.

Oxunma sayı 2001
Media rubrikasından digər xəbərlər