Əlcəzair Fransanı buğda idxalı tenderindən kənarlaşdırdı

09:35 11.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İki ölkə arasındakı diplomatik gərginliyi əks etdirən Əlcəzair Fransa şirkətlərini bu həftə keçirilən buğda idxalı tenderindən kənarlaşdırıb və iştirakçı şirkətlərdən Fransa mənşəli buğda təklif etməməyi tələb edib. Üç il əvvəl Fransanın Əlcəzair buğda tenderlərindən kənarda qaldığı mübahisənin təzə əksi olan bu addım, ölkənin böyük idxal bazarında Rusiya buğdasının başçılıq etdiyi Qara dəniz tədarükünün üstünlüyünü möhkəmləndirə bilər.

Hafta.az-ın yazdığına görə. Əlcəzair dünyanın ən böyük buğda idxalçılarından biridir və Fransa uzun müddətdir ki, ən böyük tədarükçüdür. Fransanın ötən iyul ayında Mərakeşin suverenliyi altında Sahara bölgəsi üçün muxtariyyət planını dəstəkləmək qərarı Polisario Cəbhəsinin bölgədə müstəqil dövlət qurmaq səylərini dəstəkləyən Əlcəzairi qəzəbləndirib.

“Reuters” agentliyi xəbər verir ki, Əlcəzair müntəzəm tenderlərdən birini keçirib. Treyderlərin hesablamalarına görə, Peşəkar Taxıl Bürosu (Əlcəzairdə rəsmi taxıl alıcısı) 500 min tondan çox buğda alıb. Mənşə ümumiyyətlə Peşəkar Taxıl Bürosunun tenderlərində isteğe bağlıdır və treyderlər fransız buğdası da daxil olmaqla bir sıra təsdiq edilmiş mənbələrdən seçim edə bilərlər. Bununla belə, məsələdən xəbəri olan altı mənbə Fransa şirkətlərinin tenderdə iştirak üçün dəvət almadıqlarını, fransız olmayan şirkətlərdən isə tədarük variantı kimi fransız buğdasını tövsiyə etməmələri istənilib.