Əlcəzair səhrasında 12 suriyalı susuzluqdan ölüb

09:10 10.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

12 suriyalı qaçqın Əlcəzair səhrasında susuzluqdan ölüb. Üç gündən artıqdır ki, xəbər alınmayan və bu müddət ərzində içməli suyu qurtaran digər 5 qaçqının taleyi hələ də məlum deyil.

Hafta.az-ın yazdığına görə, Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) suriyalı qurbanların qaçaqmalçıya və onun dostuna məxsus 4x4 avtomobilləri ilə Liviyadan Əlcəzairə getdiyini bildirib. Yayın bu dövründə temperaturun təxminən 60 dərəcəyə çatdığı hərbi bölgə olan səhrada yolunu azmış suriyalı qaçqınlar, maşınla Əlcəzair ərazisinə keçmək istəyərkən susuzluqdan ölüblər.

Qeyri-qanuni yollarla Əlcəzairə girməyə cəhd edən suriyalıların cəsədləri Əlcəzairin cənub-şərqindəki Tamanghasset bölgəsində Ghaut Axtarış və Xilasetmə Dərnəyi tərəfindən tapılıb. Dərnəyin Facebook hesabından edilən açıqlamada “Xüsusilə bizə e-mail və WhatsApp vasitəsilə yazanları səhifəmizdə qeyd edəcəyik ki, qurbanların kimliyi və adları ilə bağlı məlumat əldə edək. Əlcəzair səlahiyyətliləri məsələni Suriya səfirliyinə çatdırıb və səfirlik cəsədlərin Suriyadakı ailələrinə təhvil verilməsinə nəzarət etmək üçün bir şəxs təyin etdi" bildirib.

SOHR-nin verdiyi məlumata görə, Liviyada suriyalı qaçqınlar onların pullarını oğurlayan, qaçıran və fidyə tələb edən çox sayda dəstələr səbəbindən çox çətin şəraitdə yaşayırlar.

Liviya hakimiyyətinin bütün əcnəbiləri, o cümlədən suriyalıları deportasiya etməsinə çağırışlarla yanaşı, ölkədə ümumi yaşayış şəraiti də kifayət qədər pisdir.

Ghaut Axtarış və Xilasetmə Dərnəyi Facebook hesabında cəsədləri Bellefleur bölgəsində tapılaraq Bürc Ömər İdris Xəstəxanasının meyitxanasına təhvil verilən suriyalı qurbanların adlarını dərc edib.