Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Hafta.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Styaua" (Rumıniya) - "Dunayska Streda" (Slovakiya) cavab oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç avqustun 11-də keçiriləcək. Bu komandalar arasındakı ilk görüşdə "Styaua" 1:0 hesabı ilə qalib gəlib.