Elm və Təhsil Nazirliyi ilə ICESCO arasında MÜZAKİRƏ

11:10 18.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında olub.

Nazirlikdən Hafta.az-a bildirilib ki, Emin Əmrullayev təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.