“Ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunub. Lakin ermənilər yenə öz xislətindədir və Azərbaycana qarşı hoqqabazlıqla məşğuldurlar”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclsin bu gün başlanan payız sessiyasında deputat Elman Nəsirov bildirib.
Deputat qeyd edib ki, ermənilərin məkirli oyunu özünü Qarabağdan sürətli köçün təşkili ilə biruzə verir.
“Artıq ermənilər beynəlxalq məhkəmələrə üz tutaraq, guya Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə apardığını iddia edir. Sürətli şəkildə erməniləri Qarabağdan çıxarmaqla Moskvaya təsir etmək istəyirlər. Demək istəyirlər ki, erməni yoxdursa, ruslar regionda qalmalıdır”.
E.Nəsirov ermənilərin hansı oyunlardan çıxmasına baxmayaraq, Azərbaycanın siyasi iradəsinin ortada olduğunu xüsusilə bəyan edib.