Elmar Baxşıyev “Qəbələ”ni 100-cü çempionat matçına çıxarıb

21:02 21.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.

Hafta.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Qəbələ”ni 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.

Qəbələ şəhər stadionundakı görüşdə “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. E.Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.

Mütəxəssis Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü baş məşqçidir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.