Endoskopiyadan 450 nəfər hepatit və HİV-ə yoluxdu

10:44 21.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Massaçusets əyalətindəki Salem Xəstəxanasında müalicə alan təxminən 450 xəstə venadaxili dərmanların düzgün tətbiq edilməməsi səbəbindən hepatit və HİV-ə yoluxmuş ola bilər.

Hafta.az-ın yazdığına görə, "Bu ilin əvvəlində öyrəndik ki, az sayda endoskopiya xəstəsi venadaxili dərmanların düzgün qəbul edilməməsi səbəbindən infeksiyaya məruz qala bilər", - xəstəxananın açıqlamasında deyilir.

Endoskopiya cihazı xəstənin boğazına daxil edilərək yemək borusu, mədə və bağırsaqlara baxmaq üçün istifadə edilən ucunda kiçik işıqlı kamera olan cihazdır.

“Livescience”ə verdiyi açıqlamada xəstəxana səlahiyyətliləri, "Vəziyyət fərq edildikdən sonra tətbiq dərhal düzəldilib və xəstəxananın infeksiyaya nəzarət qruplarına məlumat verilib" deyib.

Xəstəxana işçiləri dövlət səhiyyə orqanları ilə əlaqə saxlayıb və bildiriblər ki, xəstələrin hələ də yoluxduğuna dair dəqiq dəlil yoxdur.

“The Salem News” xəbər verir ki, risk altında olan xəstələr 14 iyun 2021-ci il və 19 aprel 2023-cü il tarixləri arasında müalicə olunublar. Sözügedən xəstələrdən biri olan Geoff Millar, xəstəxananın yardım xəttinə zəng vurduğunu, birdəfəlik istifadə olunan avadanlıqdan ikinci dəfə istifadə edildiyini söyləyib. Bildirilir ki, hadisə ilə bağlı Salem xəstəxanasına qarşı sinif davası açılıb.

Yeri gəlmişkən, bu yaxınlarda Hindistanda da oxşar qalmaqal baş vermişdi. Belə ki, 6-16 yaş arası 14 uşağın Aralıq dənizi anemiyasından müalicə alarkən hepatit və HİV infeksiyasına yoluxduğu üzə çıxıb.

Lala Lajpat Rai Xəstəxanasının (LLRH) pediatriya şöbəsinin müdiri Arun Arya bildirib ki, müayinədən keçən 180 xəstədən 7-də Hepatit B, 5-də Hepatit C, 2-də İİV testi müsbət çıxıb.

Oxunma sayı 258