Energetika naziri Əlcəzairə səfər edib

16:11 28.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov noyabrın 28-də Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

Energetika Nazirliyindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində energetika naziri ilə Əlcəzairin bir sıra rəsmi şəxsləri arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan və Əlcəzair arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.