Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

16:06 24.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

 

Hafta.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

 

Məlumata görə, səfər prezidentlərin təkbətək görüşü ilə davam edib. Daha sonra Rəcəb Tayyib Ərdoğan və Frank Valter-Ştaynmayerin başçılığı ilə nümayəndə heyətlərinin görüşü başlayacaq.

 

Qeyd edək ki, Almaniya Prezidenti aprelin 22-dən Türkiyədə səfərdədir.