Ərdoğan Bahçelini evində ziyarət ETDİ

19:40 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelini evində ziyarət edib.

Hafta.az “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Ankarada, Bahçelinin Türkmənbeyi küçəsində yerləşən iqamətgahında baş tutub.

Məlumata görə, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər.

Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.