Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb

23:38 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Maskla telefonda danışıb.

Hafta.az-ın türk KİV-lərinin istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.